Sumqayıt” rəhbərliyi ilə arasındakı narazılığa görə klubdan didərgin düşərək Krasnodara (Rusiya) yollanan Təvəkkül Məmmədovun məsələsi hələ də açıq qalıb. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu məsələnin həlli üçün lazım olan sənədi hələ də AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə təqdim etməyib.
Bu barədə saytımıza açıqlamasında sözügedən komitənin rəhbəri Rəmiş Malıyev bildirib. Malıyevin sözlərinə görə, Təvəkküllə əlaqə yaradılsa da, o, hələ də mövcud problemə biganə yanaşır. Buna görə də, klubla futbolçu arasında yaranmış problemə aydınlıq gətirmək mümkün deyil.
Shares: