Sabah Topaz Premyer Liqasında 26-cı turun oyunlarına start veriləcək. Futbolinfo.az xəbər verir ki, "Araz Naxçıvan" çempionatdakı çıxışını dayandırdığı üçün bu tur "Neftçi" istirahət edəcək. Eyni gündə baş tutacaq 4 qarşılaşmanın hamısı paytaxtda keçiriləcək.
Turun açılış oyununda "Bakı" evdə "Simurq"u qəbul edəcək. Heç bir iddiası olmayan "zolaqlılar" üçün bu görüş önəm daşımasa da, ən azı məğlub olmamağa çalışacaqlar. Həm ölkə kubokunda, həm də çempionatda avrokuboklara iddiasını davam etdirən Zaqatala təmsilçisi üçün isə bu qarşılaşmada qalib gəlmək daha vacibdi. "Sarı-qaralar" sabahkı oyunda qalib gələrək, 4-cü pilləyə yüksələ bilərlər. Cari mövsümdə iki dəfə qarşılaşan komandalar hərəyə bir dəfə qalib gəliblər. Ümumiyyətlə, bu komandalar arasında baş tutan 22 oyunda "zolaqlılar" aşkar üstündülər – 11 qələbə, 7 bərabərlik, 4 məğlubiyyət. Paytaxtda baş tutan son 6 oyunda Zaqatala təmsilçisi qalib gələ bilmir. "Simurq"un "Bakı" üzərində son səfər qələbəsi 2010-cu ilə təsadüf edib. Komandalar arasında baş tutan son 12 oyunda "Simurq" cəmi 1 dəfə sevinən tərəf olub. 8 oyundu meydanı qolsun tərk etməyən "Bakı" top fərqində də rəqibindən öndədi – 27:19.
Bundan 1 saat sonra isə Sumqayıtda start fiti səslənəcək. Şəhərin eyni adlı komandası doğma azarkeşləri qarşısında lider "Qarabağ"ı qəbul edəcək. "Kapital Bank Arena"da keçiriləcək oyunun aşkar favoiriti ağdamlılardı. Qurban Qurbanovun yetirmələri bu qarşılaşmada qalib gələrək liderliyini bir qədər də möhkəmləndirə bilərlər. "Kimyaçılar" isə 9 oyundu ki, Premyer Liqada qalibiyyətə həsrətdi. Cari mövsümdə iki dəfə qarşılaşan komandalar hərəyə bir dəfə 3 xala seviniblər. "Sumqayıt"ın qələbəsi isə "Qarabağ"ın hesabına olub. "Belə ki, “atlılar” əvəzetmə zamanı legioner limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilmişdi. Ümumiyyətlə, komandalar arasında keçirilən 10 görüşdə "atlılar"ın üstünlüyü var – 6 qələbə, 1 bərabərlik, 3 məğlubiyyət. Texniki nəticəni nəzərə almasaq, son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. Bu 4 görüşdə “Sumqayıt” cəmi 1 dəfə toru silkələyə bilib. 10 oyundan beşində böyükhesablı nəticə qeydə alınıb. Top fərqində də ağdamlılar öndədi – 5:23.
Eyni saatda başlayan digər oyunu isə Şüvəlanda baş tutacaq. AZAL doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edəcək. Ölkə kuboku ilə vidalaşan "təyyarəçilər"in avrokuboklara vəsiqə qazanmaq üçün yeganə yolu turnir cədvəlini 4-cü pillədə başa vurmaqdı. Hazırda 6-cı yerdə qərarlaşan Tərlan Ənmədovun komandasını 4-cü pillədən 3 xal ayırır. Ona görə də sabahkı qarşılaşmada qələbə paytaxt təmsilçisinə daha çox lazımdı. "Xəzər Lənkəran"da isə vəziyyət bir qədər fərqlidi. "Ağ-yaşıllar"ın isə avrokuboklara vəsiqə qazanmağı bir az çətin görünür. Çünki 7-ci yerdə qərarlaşan komanda 4-cü pillədən 8 xal geridədi. Cari mövsümdə iki dəfə qarşılaşan komandaların oyununda bərabərlik qeydə alınıb. Sabah keçiriləcək oyun komandaların 27-ci dueli olacaq. Buna qədər isə 26 oyun keçirilib və Cənub klubunun aşkar üstünlüyü var – 13 qələbə, 9 bərabərlik, 4 məğlubiyyət. Top fərqində də "ağ-yaşıllar" öndədi – 34:19. Son 6 oyunda hər iki komanda qol sevinci yaşayıb. Ardıcıl 5 matçda heç-heçə qeydə alınıb. AZAL 9 oyundu meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "İnter Arena"da reallaşacaq. "İnter" doğma meydanda "Qəbələ"ni sınağa çəkəcək. Həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizəni davam etdirən "bankirlər"i bu matçın favoriti hesab etmək olar. Kaxaber Sxadadzenin komandası qalib gəlməklə həm 2-ci pillədəki yerini möhkəmləndirə, həm də lider "Qarabağ"a bir qədər də yaxınlaşa bilər. "Qəbələ" isə 4-cü pillədəki yerini qorumaq üçün mübarizə aparacaq. "Qırmızı-qaralar"ın avrokuboklara vəsiqə üçün yeganə yolu turnir cədvəlini 4-cü pillədə bitirməkdi. Cari mövsümdə iki dəfə üz-üzə gələn komandaların oyununda Bakı klubu rəqibindən 4 xal ala bilib. Ümumiyyətlə, iki komanda arasında 26 oyun baş tutub ki, burada "bankirlər"in üstünlüyü var – 13 qələbə, 8 bərabərlik, 5 məğlubiyyət. Top fərqində də paytaxt klubu öndədi 39:20. “Qəbələ” son 4 oyunda qalib gəlməyib. Bakıdakı son 10 qarşılaşmada qonaqlar cəmi 1 dəfə qələbə sevinci yaşayıb.
Topaz Premyer Liqası
26-cı tur
26-cı tur
18 mart (çərşənbə)
15:00. “Bakı” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Coşqun Həsənov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
“Kapital Bank Arena”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
“Kapital Bank Arena”
16:00. AZAL – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Rövşən Əhmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov
“AZAL Arena”
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Elşən Acalov, İsgəndər Əliyev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Rövşən Əhmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Etibar Həsənov
“AZAL Arena”
18:00. “İnter” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”