UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan görüşlərdən sonra daha iki 1/4 finalçının adına aydınlıq gəlib.
İspaniya təmsilçisi “Atletiko” “Bayer”i qəbul edib. Madridlilər penaltilər seriyasında daha dəqiq oynayaraq, növbəti finala vəsiqə qazanıblar.
“Monako” isə doğma arenada “Arsenal”ı sınağa çəkib. Fransa təmsilçisi rəqibinə 0:2 hesabı ilə uduzsa da, ilk oyunun nəticəsinə əsasən 1/4 finala adını yazdıran tərəf olub.
UEFA Çempionlar Liqası
1/8 final
1/8 final
17 mart
Atletiko (İspaniya) – Bayer (Almaniya) ) – 1:0 (penaltilər seriyası – 3:2)
Qol: Suares, 27
İlk oyun – 0:1
Qol: Suares, 27
İlk oyun – 0:1
Monako (Fransa) – Arsenal (İngiltərə) – 0:2
Qollar: Jiru, 36, Remsi, 79
İlk oyun – 3:1
Qollar: Jiru, 36, Remsi, 79
İlk oyun – 3:1