"Beşiktaş"ın yarımmüdafiəçisi Gökhan Törə uğurlu çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”dən sonra indi də “Yuventus” onu diqqət mərkəzinə salıb.
Məsələ ilə bağlı futbolçunun meneceri Saffet Balkan da üstüörtülü şəkildə açıqlama verib. O, Gökhanın artıq Avropanın böyük klublarında oynama zamanının gəldiyini deyib. Menecerin sözlərinə görə, hətta "Yuventus" "Beşiktaş"ın tələb etdiyi məbləği ödəməyə də hazırdı.
Qeyd edək ki, Türkiyə mətbuatı Törənin transfer qiymətini 20 milyon avro civarında olduğunu yazır.