“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun futbolinfo.az saytına müsahibəsi:
– Sabah Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Əyalət təmsilçisi ilə oyuna hazırlıqlarınız necə keçir?
– Hər şey öz qaydasındadı. Plana uyğun məşqlərimizi davam etdiririk. Bizim üçün çox çətin oyun olacaq. Çünki “Qəbələ” ölkə kubokundan əlini üzüb, bütün diqqətini Premyer Liqaya yönəldib. Buna görə gərgin oyun keçəcək.

– Elitanın son turunda və ölkə kubokunda qol vurmaqla yadda qaldınız. Məhsuldar olmağınızın səbəbi məşqçinin taktikada etdiyi dəyişiklərdədi, yoxsa öz oyununuzda artım var?
– Öz oyunumla bağlı nəsə deməyim düzgün çıxmaz. Kənardan baxan daha yaxşı qiymət verir. Onu deyim ki, hələ də istədiyim formada deyiləm. Öz oyunumda bir az da artırmalıyam. Məşqçi məni iki oyunda ikinci hissədə meydana buraxdı. Bir oyunda isə əvəzedilmədən oynadım. Məşqçinin bəlkə də beynində fikirləşdiyi taktika var. Amma bunu mən dəqiq deyə bilmərəm. Mən futbolçuyam, desələr ki, 1 və ya 90 dəqiqə oyna, yənə də oyanayacam.

– “İnter”lə olan müqaviləniz yayda başa çatacaq. Hazırkı komandanızda qalmaq istəyirsiz?
– Əlbəttə ki, “İnter”də qalmaq istəyirəm. 7-8 ildi ki, buradayam. Karyeramın 90 faizi bu kluba aiddi. Ona görə də başqa yerə getmək istəməzdim. İstərdim ki, elə karyeramı da burada başa vurum. Rəhbərlikdən tutmuş siravi işçiyə qədər hər kəs hörmətimi saxlayır. Belə klubdan heç kim getmək istəməz.

– Başqa klublaradan təkliflər varmı?
– Düzü, təkliflər olmuşdu. Amma ciddi nəsə alınmadı. Buna görə də kiminləsə danışığım olmadı.

– Sizcə, Kaxaber Sxadadzenin yayda komandadan ayrılması “İnter”ə necə təsir edəcək?
– Gürcü məşqçi neçə ildi ki, buradadı. Artıq hansı futbolun oynadılmasını bilir. Getməsə daha yaxşı olur. Amma bu onun seçimidi. Sxadadzenin seçiminə hörmətlə yanaşmalıyıq. Yeni məşqçi gələndən sonra bizim üçün bir qədər çətin olacaq. Çünki müəyyən müddət uyğunlaşmağa ehtiyac olacaq.

– Premyer Liqanın lideri “Qarabağ”la aranızda 6 xallıq fərq var. Necə düşünürsüz, qarşıdakı turlarda bu xal fərqini aradan qaldırmaq mümkündü?
– Bir tərəfdən 6 xallıq fərq çoxdu, digər tərəfdən az. “Qarabağ”la qarşıda iki oyunumuz olduğu üçün bunun mümkün olacağını düşünmək olar. Amma Ağdam təmsilçisi az-az məğlub olan komandalardan olduğunu düşünəndə bu, bir qədər çətinləşir. Buna baxmayaraq, ümidimiz var. Çempion ola bilərik. Nə zaman şansımızı itirsək, onda çempion olan komandanı təbrik edərik. İndidən heç nə demək olmaz.

– Ötən tur səfərdə məğlub etdiyiniz “Neftçi” ilə ölkə kubokunun yarımfinalında qarşılaşacaqsınız. Sizcə, finala vəsiqə qazanmaq üçün flaqman səddini keçə biləcəksinizmi?
– “Neftçi” çətin rəqiblərdəndi. Titullu, hər bir rəqibə baş ağrısı olan komandadı. Əgər irəli getmək istəyiriksə, “Neftçi”ni mütləq udmalıyıq. Düzdü, çempionat oyununda səfərdə onları məğlub etdik. Ancaq nəzərə almaq lazımdı ki, həmin qələbəyə heç də asan nail olmadıq. Bizi çətin oyun gözləyir.

– Ümumiyyətlə cari mövsümdə “İnter”in qızıl dubl etməsi realdımı?
– Əlbəttə. Hər şey ola bilər. İki cəbhədə də mübarizə aparırıq.

– Millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığmasını qəbul edəcək. Necə düşünürsüz, yığmamızın baş məşqçisi Robert Prosineçki sizə dəvət göndərəcəkmi?
– Bu haqda heç nə deyə bilmərəm. Bu barədə baş məşqçi qərar verir. Dəvət etsələr, canla-başla kömək edərik. Çağırmazlarsa da, öz vaxtımızı gözləyərik.

– Malta üzərində qələbə qazana bilməsək, bu, bizim üçün faciə ola bilərmi?
– Bilirsiz, indidən dəqiq heç nə demək olmaz. Rəqib yığması əvvəlki Malta deyil. Oyunlarında bir qədər artım hiss olunur. Bolqarıstan yığması ilə səfərdə heç-heçə etməsi də bunu sübut edir. Öz azarkeşlərimiz qarşısında oynadığımız üçün matça ciddi hazırlaşmalıyıq. Amma Malta üzərində qələbə qazana bilməməyimiz bizim üçün faciə olmaz. Çünki yeni gələn məşqçi yenidi. Komanda ilə yeni tanış olub. Əksər futbolçuları məşqlərdə yox, klubların oyununda görüb. Zamana ehtiyacımız var. Sırf təzə məşqçi görə ağır oyun olacaq. Buna baxmayaraq qələbə qazanacağımza inanıram.

EMİN SƏFƏROV