İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, "Sanderlend"in çalışdırıcısı Qustavo Poyet komandadan ayrılıb.
Yerli mətbuatın yazdığına görə, buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. Boş qalan posta isə kimin gətirləcəyi də məlum olmaq üzrədi. Serbiya millisindən ayrılandan sonra işsiz qalan Dik Advokat əsas namizəddi. 67 yaşlı hollandiyalı mütəxəssis Premyer Liqanı tərk etmək təhlükəsiylə üz-üzə qalan komandaya başçılıq edə bilər.
Qeyd edək ki, 2013-ci ilin oktyabr ayından "Sanderlend"i çalışdıran Poyetin komandası hazırda turnir cədvəlində 26 xalla 17-ci pillədədi.