Sabah Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, “İnter” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.
Matçdan öncə Bakı klubunun braziliyalı hücumçusu Junior Nildo saytımıza açıqlama verib. “Sambaçı” bu matçın çətin olacağını bildirib:
“Komandaların şansını eyni dəyərləndirərdim. Bizim üçün elə də asan oyun olmayacaq. Hər kəs “Qəbələ”nin qış fasiləsindən sonra uğursuz çıxış etdiyini deyib, bizim rahat qələbə qazanacağımızı düşünür. Amma bu, belə deyil. Çünki rəqib ənənəsi olan bir klubdu. Onlar daim yüksək yerlər üçün oynayıb. Ona görə də oyuna çox ciddi yanaşmalıyıq. İnanıram ki, uğurlu çıxışımızı davam etdirib, bu matçda da qalib gələcəyik. Bizim üçün 3 xal çox vacibdi”.