İspaniya La Liqasında çətin günlər keçirən “Kordoba” klubu baş məşqçi Miroslav Cukiçin istefaya göndərildiyini bəyan edib. Futbolinfo.az xəbər verir ki, bununla da mövsümün əvvəlindən Primyero təmsilçisində işləyən 49 yaşlı mütəxəssis postunda bir mövsümü belə tamamlaya bilməyib.
Yerli mətbuatın yazdığına görə, komandanı müvəqqəti olaraq Xose Antonio Romero çalışdıracaq.
Qeyd edək ki, Cukiç bundan əvvəl “Partizan”, “Valyadolid” və “Valensiya”nı çalışdırıb. “Kordoba” isə La Liqada 27 turdan sonra 18 xalla 20-ci yerdə qərarlaşıb.