Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Qarabağ" bu oyuna hazırdı. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün sonuncu məşqini edərək, oyun hazırlıqlarına yekun vurub.
“Atlılar”ın məşqi saat 16:30-da start götürüb və 1 saat davam edib. Məşq klubun bazasında baş tutub.
Qeyd edək ki, sabah martın 18-də “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 16:00-da start götürəcək.
(Klub saytı)