17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində baş tutan Xorvatiya – Azərbaycan (4:0) oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:
“Təbii ki, hesab bizi qane etmədi. Bizə mütləq 3 xal lazım idi. Əfsuslar olsun ki, böyük hesabla uduzduq. İki fərqli hissə izlədik. Birinci hissədə komanda meydanın hər qarışı uğrunda mübarizə apardı. Fasilədən sonra, ikinci və üçüncü qol zamanı ani diqqətsizliyə yol verdik. Bu, oyunun qırılma nöqtəsi oldu. Futbolçularım meydanda bütün güclərini qoydular. Qarşıdakı 2 oyunda qələbə qazanmağa çalışacağıq”.
(affa.az)