17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində baş tutan Xorvatiya – Azərbaycan (4:0) oyunundan sonra rəqib komandanın baş məşqçisi Dario Başiç fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı yığmamız üzərində qələbəni belə şərh edib:
“İlk oyunlar həmişə çətin keçir. Oyunçularımın üzərində psixoloji təzyiq var idi. Çalışdıq ki, bunu aradan qaldıraq. İstəyimizə çatdıq və yaxşı nəticəyə nail olduq. Azərbaycan yığmasının əvvəlki oyunlarına baxıb təhlil etmişdik. Məşqlərimizi də buna uyğun qurmuşduq. Oyunçularımı təbrik edirəm. Onlar tapşırıqlarımı tam yerinə yetirdilər”.
(affa.az)
Shares: