Cari mövsüm Avropada baş məşqçi istefalarının statistikası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Türkiyə bu yöndə hamını qabaqlayıb.
Hazırda Avropa liqaları arasında ən çox məşqçi istefası məhz qardaş ölkənin Superliqasında yaşanıb. Belə ki, 24 turu geridə qoyan çempionatda 12 komandada dəyişiklik baş verib. Bu da hər iki tura bir baş məşqçi deməkdi. Liqada yalnız 6 komandanın baş məşqçisi mövsümün əvvəlindən çalışır.
Böyük beşlikdə isə ən az istefa Fransadadı. İspaniya və İtaliyada 6, İngiltərə və Almaniya da 7 klub cari mövsüm baş məqşçi dəyişikliyinə ehtiyac duyub.
Shares: