Meksikanın "Keretaro" klubunun ulduz futbolçusu Ronaldinyo buradan da qovulub. Futbolinfo.az xəbər verir ki, rəhbərlik komandanın son məşqində iştirak etməyən “sambaçı”nı heyətdən kənarlaşdırıb.
Məlumatda bildirilir ki, baş məşqçi Viktor Vuçetiç Ronaldinyonu "Toluka" ilə matçın (0:1) "18-liy"inə daxil etməyib. O, bu məsələni şərh etməkdən imtina edib. Beləliklə komandanın son məşqindən də qovulan 34 yaşlı futbolçunun Meksika klubu ilə yollarının ayrılacağı bildirilir.
Qeyd edək ki, “Roni” bundan öncəki klubu “Atletiko Mineyro”dan da intizamsızlığına görə qovulmuşdu.