UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan oyunlardan sonra son iki 1/4 finalçının adı da bəlli olub.
Adını son 8 komanda adına yazdırmaq üçün “Barselona” öz meydanında “Mançester Siti”ni sınağa çəkib. Onsuz da bu matçda katalonların xeyli şanslı olduğunu söyləmək olardı. İlk oyunda ingilisləri 2:1 hesabı ilə məğlub edən İspaniya təmsilçisi evdə daha şanslı idi. Lakin Luis Enrikenin yetirmələri "Nou Kamp"da da işini şansa buraxmayıb və rəqibinə minimal hesabla qalib gəlib.
“Yuventus” isə Dortmund “Borussiya”sının qonağı olub. Hərçənd ki, "qoca sinyora" özünü heç də qonaq kimi aparmayıb. İlk matçda evdə 2:1 hesabı ilə qalib gələn italyanlar səfərdə rəqibin qapısından 3 cavabsız top keçirməklə azarkeşlərini sevindirib.
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
1/8 finalın cavab oyunları
18 mart
Barselona (İspaniya) – Mançester Siti (İngiltərə) 1:0
Qol: Rakitiç, 31.
Matçın 78-ci dəqiqəsində "Mançester Siti"nin forvardı Serxio Aquero penaltidən yararlana bilməyib.
İlk oyun – 2:1
Borussiya (Dortmund, Almaniya) – Yuventus (İtaliya) 0:3
Qollar: Teves, 3; 79. Morata, 70.
İlk oyun – 1:2
İlk oyun – 1:2