Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Karşıyaka”da çıxış edən Mahir Şükürovun işləri heç də yolunda getmir. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü 6 aya yaxındı ki, qardaş ölkə klubunda maaş üzünə həsrətdi.
Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmış “Karşıyaka”da maliyyə probleminin olması onun klubla ayrılması ilə nəticələnəcək. Əldə etdiyimiz məlumata görə, Şükürov bundan sonra karyerasını Türkiyədə yox, Azərbaycanda davam etdirəcək. O, əvvələr də şərəfini qoruduğu “Neftçi”yə qayıdacaq. 
“Ağ-qaralar” müdafiədə olan problemi Şükürovla həll etmək istəyir. Bunun üçün ilkin razılıq da əldə olunub. Belə ki, flaqmanın baş məşqçisi Arif Əsədov Mahirin yendiən “Neftçi”yə qayıtmasına “hə” deyib.
Shares: