"İnter" Avropa Liqasının 1/8 finalı çərçivəsində "Volfsburq"la oynanılacaq cavab görüşündə Xerdan Şakirinin xidmətindən istifadə edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi "Twitter" hesabından məlumat yayılıb. 
İsveçrəli futbolçu "Çezena" ilə oyunda ombasından zədə alıb. Bu günkü tibbi müayinələrin nəticəsində Şakirinin 1 həftə müddətinə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
Qeyd edək ki, "İnter" və "Volfsburq" komandaları arasında cavab görüşü sabah keçiriləcək.
Shares: