Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Şanlıurfaspor” məşqlərdə dünyada çox az klubun istifadə etdiyi “Smart Speed” cihazından istifadə etməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, Superliqaya çıxmaq üçün çalışan komanda bunu oyunçuların meydandakı əzmini artırmağa hesablayıb.
Bu addım dünyadakı texnoloji inkişafları yaxından izləyən baş məşqçi Osman Özköylünün göstərişi ilə atılıb. Klub rəsmisi Maruf Günəş cihazı Almaniyadan aldıqlarını bildirib. Günəş cihazın xüsusilə ayaqda top tutma müddətini uzatmağa kömək etdiyini deyib: "Cihaz sayəsində futbolçular eyni səviyyədə çalışmış olacaq. Futbolçularımızın tezlik, sürət və reaksiya cəhdlərini təmin edəcək cihazın komandamıza çox faydalı olacağına inanırıq. Daha əvvəl Almaniya millisi “Smart Speed” sayəsində futbolçuların ayağında top saxlama müddətini 3 qat artırıb”.
Qeyd edək ki, “Barselona”, “Real”, “Çelsi”, “Liverpul”, “Ayaks” kimi nəhəng klubların istifadə etdiyi bu texnologiya futbolçuların meydandakı hərəkətlərini ölçərək, hər futbolçunun eyni səviyyədə işləməsini təmin edir.
Shares: