Bakı “İnter”inin qış fasiləsində heyətinə qatdığı hollandiyalı futbolçu Yusef Feniçin adı Peşəkar Futbol Liqasının iştirak ərizəsini daxil edilsə də, o, hələ də əsas komandası ilə debüt edə bilməyib. Futbolinfo.az xəbər verir ki, bunun səbəbini öyrənmək üçün paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Saytımıza açıqlama verən Məmmədov Feniçin əvəzedici heyətdə iştirak etdiyini bildirdi:
“Perspektivi hesablanmış futbolçudu. Onunla 3 illik müqavilə imzalanıb. Hazırda əvəzedici komandada oynayır. Əsas komandaya cəlb olunmasa da, komanda ilə birlikdə məşq edir”.
Qeyd edək ki, Feniç əvvəllər "Hofdrop", "Ayaks", "Herenven" və "Zvolle"nin aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Daha sonra "Zvolle"nin əsas komandasına cəlb edilən futbolçu burda sadəcə bir oyunda iştirak edib. Yarımmüdafiəçi Hollandiyanın U-17 millisinin heyətində də 5 oyunda meydanda olub.