Hazırda Türkiyənin “Akhisar” klubunda baş məşqçi işləyən məşhur braziliyalı Roberto Karlosun adı mafiya qalmaqalına qarışıb. Futbolinfo.az xəbər verir ki, Andorrada baş verən qalmaqalda beynəlxalq mafiya ilə əlaqələri olduğu üçün bu ölkə bankında pulu olanların hesabına əl qoyulub.
Bu zaman veteran futbolçunun həmin bankda investisiyası olduğu ortaya çıxıb. İspaniyadan verilən xəbərə görə, bankda 100 min avrodan az pulu olanlara dövlət zəmanəti verilir. Karlos bu rəqəmi keçdiyi üçün həmin miqdarı geri götürməkdə çətinlik çəkəcək. Onun hesabında 2,8 milyon avro var.