Topaz Premyer Liqasının 26-cı turunda "Bakı" doğma azarkeşləri önündə "Simurq"u qəbul edir. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisinin ilk hissəni 2:0 hesabı ilə bitirdiyi qarşılaşmanın fasiləsində ara qarışıb.
Ev sahibinin soyunub-geyinmə otağına gedən koidorda dava düşüb. Belə ki, bakılılar qonaq komanandanın vurduğu ikinci qola etiraz edib. Etirazın davamında isə "zolaqlılar"ın rəsmiləri hakimlərə sərt reaksiya bildirib. Bunun nəticəsində dava düşüb. Polisin hadisəyə müdaxilə etməsi nəticəsində ara sakitləşib. 
Maraqlıdı ki, "Bakı"nın baş məşqçisi İbrahim Uzunca komandanı ikinci hissəyə çıxartmaq istəməyib. Türkiyəli çalışdırcını son anda razı sala biliblər. İş burasındadı ki, Uzunca hakimlərin onlara qarşı qərəzli olduğunu düşünür. O, ikinci hissədə hər kəsin eşidəyəci tərzə mədəni dildə desək, "Bəsdirin bizi yıxıb, sürüdüz" söylədi.
Shares: