Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Bakı" doğma meydanda "Simurq"a 0:3 hesabı ilə uduzub.
Biləcəridəki oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın türkiyəli baş məşqçisi İbrahim Uzunca məğlubiyyəti belə şərh edib:
"Qapımızda tez qol gördük. Hakimlərlə bağlı danışmaq istəmirəm. Mən onlardan düzgün qərar verməyi xahiş etdikcə onlar əksinə edir. İkinci qolda geri ötürməyə görə cərimə zərbəsi təyin edillirsə, mən məşqçiliyi buraxaram. Bu, heç bir kitabda yazılmayıb. Mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Uduzsaq da, bunları ölkə futboluna qazandıracağıq. Hakimləri heç vaxt təhqir etməmişəm. Biz futbolçularımızı göz bəbəyi kimi qoruyub, meydanq çıxarırıq. Haqqsızlıq olanda isə onlar sınır. Bu günə qədər şərəfimizlə çıxıb, oynamışıq, bundan sonra da belə olacaq. Biz Hafiz Məmmədovun uşaqlarıyıq. 7 ildi ki, onun çörəyini yeyirik. Aslan kimi çıxıb, oynayacağıq. Mən sadəcə dedim ki, əgər belə edirsizsə, əvvəlcədən hesabı müəyyənləşdirin, ondan sonra oynayaq".