Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Bakı" doğma meydanda "Simurq"a 0:3 hesabı ilə uduzub.
Biləcəridəki oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi George Çixradze qalibiyyəti belə şərh edib:
“Erkən qol vurduq. Bunun oyuna təsiri oldu. İlk 2-ci qolu vurmağı da bacardıq. Matça 2 hücumçu ilə çıxmışdıq. Yəni planımız qol vurmaq idi. Deyərdim ki, çox vacib 3 xal qazandıq. Millinin oyunları ilə əlaqədar olaraq, fasilə yaranacaq. Biz 2,3 gün istirahət etdikdən sonra bir araya gəlib, yoxlama görüşü keçirəcəyik”.