Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" səfərdə AZAL-a 3:1 hesabı ilə uduzub.
"AZAL Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti şərh edib. O, zəif çıxış edən futbolçularını sərt şəkildə qınayıb:
"Bu gün AZAL daha yaxşı oynadı. "Xәzәr Lәnkәran"ın bәzi futbolçuları artıq özlәrini komandanın әsas futbolçuları sayırlar. Ona görәdә özlәrini itiriblәr. Bәlkә dә onlar uçan ayaqqabı geyiblәr.Özlәrini göydә zәnn edirlәr. Fasilәdәn sonra belә olmayacaq. Tәbii ki, hәr kәslә söhbәt aparacağıq. Futbolçularımın fiziki durumu yaxşıdı. Sadәcә onlar meydanda topla oynamaq haqqında qәrarә özlәri verәrkәn sәhvlәr edirlәr. Meydanda topu ötürmәk üçün әn mürәkkәbi seçirlәr. Tәcrübәli futbolçuların da ideal oynadığını demәk olmaz. Xüsusәn dә son oyunlarda".