Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
"Kapital Bank Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qalibiyyəti belə şərh edib:
“Maraqlı oyun alındı. Düzdü, ilk hissədə qapalı futbol gedirdi, amma ikinci hissədə maraqlı bir oyun alındı. Düşünürəm ki, “Sumqayıt”a qarşı səfərdə oynamaq həmişə ağır olub. Buna baxmayaraq, vacib 3 xalımızı qazandıq”.
(pfl.az)
Shares: