Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
"Kapital Bank Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Aqil Məmmədov məğlubiyyəti belə şərh edib:
“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib, bir qədər dincəlmək olar. Çoxdandı ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.
(pfl.az)