Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" səfərdə AZAL-a 3:1 hesabı ilə uduzub.
"AZAL Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov qalibiyyəti belə şərh edib:
“Açığı, bu gün komandadan tələbim 3 xal qazanmaq idi. Vacib 3 xal qazandıq. Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də, hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.
(pfl.az)