Son vaxtlar çətin vəziyyətdə olan "Parma"nın prezidenti Campyetro Manenti həbs olunub. Futbolinfo.az xəbər verir ki, klub rəhbəri dələduzluqda ittiham olunur. 
Belə ki, onunla bir yerdə 60 nəfər də həbs olunub. Onlar "çirkli pullar"ın yuyulmasında və saxta kredit kartlarının istifadəsində günahlandırılırlar.
Hazırda İtaliya A Seriyasında son pillədə qərarlaşan "Parma" ciddi maliyyə böhranı keçirir. Komanda çempionatdakı çıxışını dayandırıb. Futbolçular aylardı maaş ala bilmir. Hətta klubun elitadan kənarlaşdırılacağı deyilirdi. "Parma"nın hazırda 96 milyon avro borcu var.
Shares: