Bu gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qəbələ"yə 2:1 hesabı ilə uduzub.
"İnter Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze məğlubiyyəti belə şərh edib: 
"Maraqlı oyun oldu. "Qəbələ"ni qələbə münasibəti ilə təbrik edirəm. Sürətli oyun oldu və bəxti gətirən komanda qalib gəldi. Mən Xaqani Məmmədov deyiləm ki, hakimlikdən danışım. 
Gürcüstanlı mütəxəssis rəqibin oyunu ilə bağlı isə bu sözləri deyib: "Qəbələ" "Qarabağ"la oyunda da iki hücumla çıxmışdı. Buna görə də onların bu gün meydana iki hücumçu ilə çıxması məni təəccübləndirmədi. Biz indi öz yerimizi itirməmək haqda fikirləşməliyik".
Shares: