Bu gün Topaz Premyer Liqasında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Qəbələ"yə 2:1 hesabı ilə uduzub.
"İnter Arena"dakı oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib: 
"Bu gün yaxşı gündü. Çox ciddi rəqibə qarşı oynadıq. Nəticədən razıyıq. Sərgilədiyimz futbol oynamaq istədiyimiz futbola yaxın idi. Ruslan Fomin oyunundan razı qaldım. Bu gün taktiki tapşırığı mükəmməl səviyyədı yerinə yetirdi. Yaranan fasiləndən yaxşı istifadə etməyə çalışacağıq. İstəyirik ki, yaxşı bir komada ilə yoxlama matçı keçirdək. Bu alınmasa, əvəzedici komandamızla oynayacağıq".
Shares: