Bu gün Topaz Premyer Liqasında 26-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Bakı" doğma meydanda "Simurq"a 0:3 hesabı ilə uduzub.
Biləcəridəki oyunun 37-ci dəqiqəsində qalmaqallı hadisə baş verib. Belə ki, ev sahibi komandanın futbolçusu topu dabanla uzaqlaşdırmaq istəyərkən, qapıçı topu əli ilə ram edib. Qarşılaşmanın baş hakimi Ömər Paşayev isə bunu qayda pozuntusu olaraq dəyərləndirib və Bakı təmsilçisinin qapısına cərmə zərbəsi təyin edib. Bu epizodda isə Zaqatala klubunun futbolçusu Draqan Çeran fərqlənərək, komandasının 2-ci qolunu vurub.
Məhz gənc referinin verdiyi bu qərar meydan sahiblərinin etirazına səbəb olub. Paşayevin qərarına əsəbiləşən "Bakı"nın baş məşqçisi İbrahim Uzunca və yetirmələri ikinci hissədə meydana çıxmaq istəməyib.
Sizi həmin epizodun videosu ilə tanış edirik: