Topaz Premyer Liqasının 26-cı turunda səfərdə AZAL-a 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar" elitada yaranan fasilə müddətinin yarısını istirahətdə keçirəcək. 
Cənub təmsilçisi Novruz bayramından sonra, martın 24-də Lənkəranda toplanacaq. Məhz bayramdan sonra klubda görüləcək ciddi tədbirlər barədə ictimaiyyətə açıqlama veriləcək. Məlumata görə komandanın bir neçə üzvünün cəzalandırılaraq əvəzedici heyətə göndəriləcəyi də gözlənilir(12cioyuncu.info).
Qeyd edək ki, "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov AZAL-la oyundan sonra keçirilən mətbuat konfransında bəzi futbolçularının çıxışından narazı qaldığını gizlətməmiş və onlara sərt şəkildə xəbərdarlıq etmişdi.
Shares: