İsveçin "Kalmar" klubunda çıxış edən Azərbaycan millisinin müdafiəçisi Emin Nuri azarkeşlər tərəfindən ilin ən yaxşı futbolçusu seçilib. Futbolinfo.az  xəbər verir ki, İsveç mətbuatına açıqlama verən futbolçu yenidən Azərbaycan millisinə dəvət ediləcəyinə inandığını bildirib.
Nuri bu açıqlaması ilə yığmamızın yeni baş məşqçisi Robert Prosineçkiyə ismarıc göndərib: "Ötən ilin avqust ayında Azərbaycan millisinin heyətində ilk oyunumu Özbəkistana qarşı keçirdim. Oyun zamanı zədə aldım və iki ay müddətində bərpa prosesi keçdim. Düşünürəm ki, yaxşı hazırlıq keçmişəm. Berti Foqtsdan sonra Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub. Edə biləcəyim tək şey "Kalmar"da yaxşı çıxış etməkdi. Sonrasına isə baxarıq necə olur. Ümid edirəm ki, yenidən Azərbaycan millisinə dəvət olunacam".
Qeyd edək ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqtsun bəyənib milliləşdirdiyi Nuri Özbəkistanla yoxlama matçında (0:0, 20.08.2014) debüt edib. 
Shares: