Bakı "İnter"i klubun sahibi və fəxri prezidenti Cahangir Hacıyevin istefası ilə bağlı açıqlama verib. Futbolinfo.az-a danışan paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bu qərarın klubda hansısa dəyişikliklərə səbəb olub-olmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
O, Hacıyevin klubun fəxri prezidenti olaraq qalacağını bildirib: "Cahangir Hacıyev "İnter"in fəxri prezidenti olaraq qalır. Klubda təşkilati məsələlər mövsümün sonunadək qaydasında olacaq. Mövsümün sonunda zərurət yaranarsa, İdarə Heyətinin yığıncağında klubun yenidən təşkilatlanması (restrukturizasiyası) məsələləri müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefa verib. Onun istefasından sonra sahibi olduğu "İnter" klubunda problemlərin yaranacağı gözlənilir.
Shares: