Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 26-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb. 
“İnter”  – “Qəbələ”  matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Bakı”  – “Simurq”  matçında Zaqatala təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 500 manat məbləğində cərimə kəsilib. Oyunun 78-ci dəqiqəsində “Bakı”nın futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 100 manat məbləğində cərimələnib.
(affa.az)
Shares: