Futbol üzrə əsas millimiz martın 29-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığmasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçkinin yaxın günlərdə heyəti açıqlayacağı gözlənilir. 
Maltalılarla görüş üçün milliyə üç qapıçı çağırılacaq ki, hazırda 4 nəfər arasında seçim edilir. Bunlar Kamran Ağayev, Səlahət Ağayev, Aqil Məmmədov və Andrey Popoviçdi. Əldə etdiyimiz məlumata görə seçim ən çox Məmmədov və Popoviç arasında ediləcək. "Sumqayıt"ın uğurlu çıxış etmədiyini nəzərə alsaq, "Neftçi"nin qapıçısı Aqilin yığmaya dəvət olunması daha inandırıcıdı.
Shares: