Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 19-cu tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Neftçala” – “Ağsu” matçında qonaq komandanın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şahdağ” – “Kəpəz” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 100 manat məbləğində cərimə kəsilib.
“Rəvan”la oyunda “Bakılı”nın futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Turan-Tovuz” – “Şəmkir” matçında ev sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 68-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Orxan Müzəffərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Həmin qarşılaşma başa çatdıqdan sonra “Şəmkir”in həkimi Abdulla Sadıqov geniş kütlə qarşısında hakimlər briqadasın təhqir etdiyinə görə 10 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
(affa.az)