“Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin futbolinfo.az saytına müsahibəsi:
– “Araz Naxçıvan”ın çempionatdan yarımçıq çəkildiyi üçün “Neftçi” Premyer Liqanın 26-cı turunda istirahət etməli oldu. Həmçinin milli komandanın oyunu ilə əlaqədar qısa fasilə yaranıb. Bu fasilə müddətində hazırlıqlar necə gedir?
– Hər şey qaydasındadı. Gündə iki dəfə məşq edirik. Komandada ümumi ab-hava yaxşıdı.
– Hər şey qaydasındadı. Gündə iki dəfə məşq edirik. Komandada ümumi ab-hava yaxşıdı.
– Cari mövsümdən əsas heyət üzvüsən. Çıxışınızdan razısınız?
– Deməzdim ki, yaxşı çıxış edirəm. Ümid edirəm ki, özümü daha yaxşı göstərəcəm.
– Deməzdim ki, yaxşı çıxış edirəm. Ümid edirəm ki, özümü daha yaxşı göstərəcəm.
– Mahir Şükürovun yenidən “Neftçi”yə qayıdacağı deyilir. Elə mövsüm öncəsi Mahirin gedişindən sonra əsas heyət üzvü olmusunuz. Onun qayıdışı ilə "ilk 11-lik"dəki yerinizi itirəcəyinizdən çəkinmirsiniz?
– Yox, qətiyyən. Onu gələcək göstərəcək. Hər zaman rəqabətə hazıram.
– Yox, qətiyyən. Onu gələcək göstərəcək. Hər zaman rəqabətə hazıram.
– Açıqlamalarınızın birində xaricdə oynamaq istədiyinizi bildirmisiniz. Ümumiyyətlə, özünüzü Avropa arenasında mübarizəyə hazır hiss edirsiniz?
– Hələki tam hazır deyiləm. Öz üzərimdə çalışıram. Gələcəkdə hazır olduğum zaman getmək istəyərəm.
– Hələki tam hazır deyiləm. Öz üzərimdə çalışıram. Gələcəkdə hazır olduğum zaman getmək istəyərəm.
– Azərbaycan Kubokunun yarımfinalında “İnter”lə qarşılaşacaqsınız. “Neftçi” artıq bir neçə oyundu ki, bu rəqiblə görüşlərdə sərfəli nəticə qazana bilmir. Bu dəfə necə, “İnter”i məğlub edə biləcəksiniz?
– Çempionluq şansımızı itirmişik. Mövsümü titulsuz başa vurmaq istəmirik. Ona görə də kubokda var gücümüzlə çıxış edəcəyik. “İnter”i məğlub edərək, əvvəlki oyunlardakı uğursuzluğu aradan qaldıracağımıza inanırıq.

– Çempionatda ikinci yer uğrunda rəqibiniz “İnter” dünən doğma meydanda “Qəbələ”yə məğlub oldu. Aranızda xal fərqini minimuma endirmək üçün yaxşı şans yaranıb. Növbəti turda “Bakı” ilə oynayacaqsınız. “Zolaqlılar”ı məğlub edərək, xal fərqini azaldacağınıza inanırsınız?
– Bu oyuna yaxşı hazırlaşırıq. Millinin oyunundan sonra ümumi komanda şəklində hazırlığı davam etdirəcəyik. “Bakı” ilə oyunda qələbə qazanaraq, “İnter”lə xal fərqini aradan qaldıracağıq.
– Bu oyuna yaxşı hazırlaşırıq. Millinin oyunundan sonra ümumi komanda şəklində hazırlığı davam etdirəcəyik. “Bakı” ilə oyunda qələbə qazanaraq, “İnter”lə xal fərqini aradan qaldıracağıq.
ZAMİN ALLAHVERDİYEV