AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığması ilə qarşılaşacaq Azəbaycan milli komandasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, komandamızın baş məşqçisi Robert Prosineçki 24 futbolçuya dəvət göpndərib.
Görüş martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
 
Sizi həmin siyahı ilə tanış edirik:
 
 
Qapıçılar: Səlahət Ağayev (“İnter”), Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Andrey Popoviç (“Sumqayıt").
 
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”),  Ruslan Abışov (“Qəbələ”), Mahir Şükürov (“Karşıyaka”,  Türkiyə).
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov,, Cavid Tağıyev (hamısı “Qarabağ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Cavid Hüseynov (“Qəbələ”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya).
 
Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Məhəmməd Qurbanov  (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya).
 
 
Shares: