Topaz Premyer Liqasının 27-ci turunu qələbə ilə başa vuran AZAL qısa fasilədən sonra yenidən bir araya gələrək, “Simurq”la matçın hazırlıqlarına başlayacaq. Futbolinfo.az xəbər verir ki, fasilə ərzində “təyyarəçilər” iki yoxlama matçında qüvvəsini saxlayacaq.
Komandanın baş məşqçisi Tərlan Əhmədovun saytımıza verdiyi məlumata görə, martın 24-də Şüvəlan təmsilçisi yoxlama matçında U-21 millimizlə üz-üzə gələcək. Qarşılaşma Şüvəlanda baş tutacaq. Digər rəqibin isə hələ ki, kimliyi bəlli deyil.