FİFA prezidenti Yozef Blatter maraqlı addım atıb. Futbolinfo.az xəbər verir ki, o, mayda baş tutacaq seçkilərdən əvvəl teledebatlarda iştirakdan imtina edib. 
79 yaşlı funksioner artıq BBC və “Sky Sport” telekanallarının dəvətini rədd edib. Blatter namizədlər arasında bu addımı atan yeganə adamdı. Belə ki digər namizədlər – Luiş Fiqu, Əli bin Əl-Hüseyn və Mikael Van Praaq "Uembley" stadionunda təşkil olunacaq teledebata qatılmağa razı olublar.
Qeyd edək ki, FİFA-nın yeni prezidenti mayın 29-da Sürixdə keçiriləcək seçkilərdə məlum olacaq.
Shares: