İtaliyanın "Roma" klubunda üzlər gülür. Futbolinfo.az xəbər verir ki, komandanın zədəli futbolçuları – yarımmüdafiəçi Daniele de Rossi və müdafiəçi Konstantinos Manolas sağalıb.
"Football İtalia"nın yazdığına görə, paytaxt təmsilçisinin həmin üzvləri Avropa Liqasının 1/8 finalında "Fiorentina" ilə görüşdə meydana çıxa biləcəklər. 1:1 hesabı ilə yekunlaşan ilk görüşdə De Rossi və Manolas zədə səbəbindən ilk hissədə meydanı tərk etmək məcburiyyətində qalmışdılar.
Qeyd edək ki, "Roma" – "Fiorentina" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Shares: