AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul edilən qərarların az qala hamısı ciddi müzakirəyə əsas verən səbəbdi. Amma 12 komandanın bir yığıncaqda texniki məğlubiyyət alması faciəvi durumdu.
U-19 Liqası
"4 mart 2015-ci il U-19 Liqasının AZAL – “Bakı” matçında AZAL komandasının heyətində 9 №-li futbolçusu Murad Quluzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 98).

U-16 Liqası
12 mart 2015-ci il U-16 Liqasının “Simurq” – “MKT Araz” matçında “MKT Araz ” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

U-15 Liqası
10 mart 2015-ci il U-15 Liqasının “Simurq” – “Rəvan” matçında “Rəvan” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

U-14 Liqası
8 mart 2015-ci il U-14 Liqasının “Təhsil”(Sumqayıt) – “Abşeron”(Xırdalan) matçında “Abşeron” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-14 Liqasının UGİM (Balakən) – “Simurq” PFK matçında UGİM klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
U-13 Liqası
7 mart 2015-ci il Coca Cola U-13 Liqasının “Sumqayıtspor” (Sumqayıt) – “Abşeron” (Xırdalan) matçında “Sumqayıtspor” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il Coca Cola U-13 Liqasının İOEUGİM (Sumqayıt) – “Sumqayıtspor” (Sumqayıt) matçında “Sumqayıtspor” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
U-12 Liqası
8 mart 2015-ci il Atena U-12 Liqasının İOEUGİM (Sumqayıt) – “Həkəri” (Sumqayıt) matçında “Həkəri” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

8 mart 2015-ci il Atena U-12 Liqasının “Təhsil” (Sumqayıt) – “Sumqayıtspor” (Sumqayıt) matçında “Sumqayıtspor” klubunun heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
U-11 Liqası
8 mart 2015-ci il U-11 Liqasının RİOEUGİM – “Vətən” RİOEUG matçında RİOEUGİM klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

U-10 Liqası
8 mart 2015-ci il U-10 Liqasının “Abşeron” (Xırdalan) – “Təhsil” (Sumqayıt) matçında “Abşeron” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

14 mart 2015-ci il U-10 Liqasının “Daşqın” (Zaqatala) – “Viktoriya” (Zaqatala) matçında “Viktoriya” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56)".
Bu da AFFA-nın baş katibi Elxan Məmmədovun haqqında bəh-bəhlə danışdığı uşaq liqaları… 4-14 mart aralığında, 10 gün ərzində 12 texniki məğlubiyyət… Görəsən, baş katib bu liqalara ümumiyyətlə, nəzarət edirmi? Nəzarət edirsə, bu xaosun səbəbi nədi? Ölkə futbolunu belə inkişaf etdiririk?
AFFA-nın Hesabat Konfransında aşıqlanan çoxsıfırlı rəqəmlərin nəticəsi bu olmamalıdı. Elə bu cür çempionat keçirildiyinə görədi ki, 17 yaşlılarımız Bakıda rüsvay olar, əsas millimiz qapazaltıya çevrilib, bütün millilərimiz Dağıstandan, Almaniyadan, Ukraynadan gətirilən “otxod”larla doldurulub. Elxan bəy, cavab verin nədir bu özbaşnalığın səbəbi???