Son vaxtlar “Qəbələ”nin əsas heyət üzvünə çevrilən Elvin Camalovun uğurlu çıxışı milli komandanın məşqçilərin də diqqətindən yayınmayıb. Futbolinfo.az xəbər verir ki, gənc futbolçu bu dəfə U-21 millimizə dəvət alıb.
Belə ki, gənclər yığmasının martın 22-də başlayacaq təlim-məşq toplanışına Camalov da dəvət edilib. Amma o, bu hazırlıq prosesində iştirak edə bilməyəcək.
Əldə etdiyimiz məlumata görə, Elvin ötən gün “İnter”lə baş tutan Premyer Liqa matçında ciddi zədə alıb. O, ayaq əzələsini dartıb. Futbolçu bir həftə məşq edə bilməyəcək. Onun 28-ci turda baş tutacaq AZAL-la matça yetişməsi də sual altındadı.