“Barselona”nın ulduz futbolçusu Lionel Messi öz oyunu haqda danışıb. Futbolinfo.az xəbər verir ki, futbolçu bir müddət öncə yaxşı oynamadaığını, lakin indi formada olduğunu bildirib. 
O, qarşıdakı “El-Klasiko”nu və Çempionlar Liqasının 1/4 final oyunlarını səbrsizliklə gözlədiyini deyib: “Bir müddət əvvəl oynadığım futbol faciə idi. Amma o günlər artıq arxada qalıb. İndi optimal formada olduğumu və karyeramda ən uğurlu dövrlərindən birini keçirdiyimi deyə bilərəm. Özümü çox yaxşı hiss edirəm”.
Shares: