“Bakı”nın icraçı direktoru Yaşar Seyidovun istefası qəbul olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Hafiz Məmmədov “Qafqazinfo”ya açıqlamasında məlumat verib.
Məmmədov onun istefasını dünən qəbul etdiyini bildirib: “Yaşar Seyidov artıq “Bakı”dan ayrılıb. O, martın 12-də istefa ərizəsini yazıb. Biz də bunu qəbul etdik”.