17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində baş tutan Portuqaliya – Azərbaycan (3:0) oyunundan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:  
"Komanda ən bərbad oyununu oynadı. Xorvatiyaya qarşı bundan yaxşı oynamışdılar. Uşaqlar nəyə qadirdi onu da göstərdilər. Portuqaliya bizdən səviyyəcə üstündü. Ən zəif çıxış edən mövqeyimiz müdafiə xətti oldu. Futbolçularımız təkbətək epizodlarda rəqiblərini keçə bilmirdilər. Heç rəqibdən top almağı da bacarmırdılar. Ümumiyyətlə, hər iki oyunda uşaqlar rəqibdən qorxurdular".
Qeyd edək ki, millimiz ilk oyunda Xorvatiyaya 0:4 hesabı ilə uduzmuşdu.
Shares: