İspaniya nəhəngi "Barselona" şad xəbər alıb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən komandanın müdafiəçisi Tomas Vermalen artıq bərpa prosesini bitirmək üzrədi.
Belçikalı futbolçu iki həftə sonra yaşıl meydanlara dönəcəyinin müjdəsini verib: "İrəliyə doğru böyük addım atdım. Artıq qaçış məşqlərinə başlamışam. Təmiz havada məşq etmək əladı. Əvvəlkindən daha yaxşı formada qayıtmaq istəyirəm. Kluba və həkimlərə təşəkkür edirəm. İki həftə sonra qayıdıram".
Qeyd edək ki, Vermalen mövsümün əvvəlində komandaya qoşulsa da, hələlik "Barselona" forması ilə rəsmi matçlarda meydana çıxmayıb.