FİFA dərəcəli referimiz Orxan Məmmədov Polşaya yola düşüb. Futbolinfo.az xəbər verir ki, gənc hakim 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.
Ona bu işdə Mübariz Həşimov kömək edəcək. Məmmədov İrlandiya – Yunanıstan, İrlandiya -Polşa matçında baş hakim, Həşimov isə onun köməkçisi olacaq. Polşa – Yunanıstan qarşılaşmasında isə Mübariz köməkçi, Orxan isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. Oyunlar martın 21, 23 və 26 tarizlərində baş tutacaq.
Qeyd edək ki, UEFA daha bir hakimimizə etimad göstərib. Belə ki, Əliyar Ağayev də 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunun matçlarında iş başında olacaq. Ağayevlə yanaşı digər hakim Zeynal Zeynalov da Almaniyaya keçirikəcək qarşılaşmalarda öz işinin icra edəcək.