Çempionlar Liqasının 1/8 finalının Dortmund "Borussiya"sı ilə oyununda sıradan çıxan "Yuventus"un futbolçusu Pol Poqbanın aldığı zədənin dərəcəsi məlum olub. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin sağ omba əzələsi dartılıb.
Ötən gün səhər verilən məlumata görə, fransız futbolçunun ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilirdi. Daha ciddi müayindən sonra diaqnoz ürəkaçan olmayıb. O, 7 həftədən meydanlara dönə biləcək.
Poqba Çempionlar Liqasının 1/4 final oyunlarını buraxacaq. Əgər Turin klubu yarımfinala yüksələrsə, həmin qarşılaşmada da meydana çıxmayacağı gözlənilir.