İngiltərə futbolu 22 il sonra bir ilki yaşayıb. Futbolinfo.az xəbər verir ki, "Everton" Kiyevdə "Dinamo"ya məğlub olmaqla (2:5) Avroliqanın 1/8 final mərhələsində mübarizəni dayandırıb. Liverpul təmsilçisi avrokubokları tərk edən sonuncu ingilis klubu olub.
Daha öncə "Çelsi", "Mançester Siti" və "Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırmışdılar, "Hall Siti" (Avroliqanın 3-cü təsnifat mərhələsi), "Liverpul", "Tottenhem" (hər ikisi – 1/16 finalda) və "Everton" (1/8 finalda) avrokuboklarla vidalaşıblar.
Beləliklə də, 1992/93 mövsümündən bəri ilk dəfə olaraq bir ingilis klubu belə 1/4 final mərhələsinə adlamayıb.